Türkiyədə torpaq sürüşməsi: 4 binanın sakinləri təxliyə edilib

9 İyun 2022 08:33

Ankarada torpaq sürşməsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Çankaya rayonunda baş verən hadisə nəticəsində istinad divarı uçub.

Bununla əlaqədar 4 bina və 1 gecəqonduda olan sakinlər ehtiyat tədbiri olaraq təxliyə edilib.

Əldə edilən məlumata görə, əyalət boyu yağan güclü yağışdan sonra Birlik məhəlləsi 408-ci küçədə yerləşən 4 mərtəbəli binanın istinad divarı uçub.

Bu arada, park halında 3 avtomobil uçan istinad divarının altında qalıb.

Bildirilib ki, təxliyə edilən mənzillərdə yaşayan vətəndaşların bir qismi yaxınlarının yanına gedib, bir qismi isə bələdiyyə tərəfindən qonaq evlərinə və mehmanxanalara yerləşdirilib.

Milli.Az