Azərbaycan və Qırğızıstan müdafiə nazirləri İzmirdə görüşdü - FOTO

8 İyun 2022 20:48

İyunun 8-də İzmir şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Qırğızıstan Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov arasında ikitərəfli formatda görüş keçirilib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi, hərbi-təhsil və qarşılıqlı əməkdaşlığın müxtəlif sahələri, eləcə də maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Milli.Az