"Alfa Romeo" komandasının üzvləri Bakıda keçiriləcək Formula 1 mərhələsi ərəfəsində yarışlarla bağlı təəssüratlarını bölüşüb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, komandanın rəhbəri Frederik Vassör bildirib ki, komanda bu mövsüm qeydə alınan uğurları davam etdirmək üçün Bakıya yollanır.
"Biz indiyədək çox yaxşı çıxış etmişik və əldə olunan nəticələrdən razı qala bilərik, amma biz bilirik ki, hər bir mərhələdə səylə işləmək lazımdır", - deyə o bildirib.
Komandanın üzvü Valtteri Bottas Bakı trası ilə bağlı xoş xatirələrə yeni emosiyalar əlavə etmək istədiyini deyib.
"Bu tras xaotik yarışlara səbəb ola bilər, ona görə də biz bütün imkanlardan maksimum istifadə etməyə hazır olmalıyıq", - V.Bottas deyib.
Milli.Az