Ötən gün prodüser Tarix Əliyevin (Tolik) ad günü olub.
Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, o, Bakının dəbdəbəli məkanlarından birində tanınmışları başına yığaraq 43 yaşını qeyd edib. Tolikin özəl günündə bir sıra sənət adamları, o cümlədən aparıcı həmkarları da yer alıb.
Onlar arasında Afaq Gəncəli də olub. Aparıcı səhnəyə çıxaraq Tarixlə bağlı ürək sözlərini səsləndirib.
Bu zaman Gəncəli Tolikə can borcu olduğunu bildirib:
"Mən hər zamankı kimi bu kəlməni indi də deyirəm. Hərdən Toliklə aramda elə də, belə də olur. Amma mən onunla yola çıxmışam. Ona bir can borcum var".
Milli.Az