Mərkəzi Bankın sədrinə I müavin və müavin təyin edildi - SƏRƏNCAM

8 İyun 2022 12:04

Rəşad Temraz oğlu Orucov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Əliyar Qəhrəman oğlu Məmmədyarov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini təyin olunub.

Milli.Az