Məşhur futbolçu israilli modellə evlənir - FOTO

8 İyun 2022 11:52

"Real Madrid" futbol klubunun qapıçısı Tibo Kurtua evlilik yolunda ilk addımını atıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasındakı qələbəsini israilli model segilisi Mişel Herziqlə qeyd edən idmançı ona yaxtada evlilik təklifi edib. Qapıçı "hə" cavabını alıb.

Tibo özəl günündən görüntüləri sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, cütlük 2021-ci ilin əvvəlindən münasibətdədir. Kurtuanın ilk evliliyindən iki övladı var.

Milli.Az