Meksikanın mərkəzində asma körpü uçub

8 İyun 2022 10:00

Meksikanın Morelos ştatının Kuernavaka şəhərində asma körpü uçub.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində bölgəsinin qubernatoru Kuantemok Blanko bildirib.

Məlumata əsasən, şəhər administrasiyasının rəhbəri də daxil olmaqla azı 8 nəfər xəsarət alıb. Hadisə binanın açılış mərasimi zamanı baş verib.

Hadisə yerinə həkimlər və xilasedicilər gəlib, xəsarət alanlara tibbi yardım göstərilir. Hadisənin mümkün səbəbləri barədə hələlik məlumat açıqlanmayıb.

Milli.Az