Rusiya 210 ukraynalı döyüşçünün meyitini Kiyevə təhvil verib

8 İyun 2022 07:11

Rusiya Mariupolda həlak olmuş 210 ukraynalı döyüşçünün meyitini Kiyevə təhvil verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Reuters Ukrayna kəşfiyyatındakı mənbələrə istinadla məlumat yayıb.

"Həlak olanların cəsədlərinin qaytarılması prosesi gedir. Bu günədək 210 meyit qaytarılıb. Bunların çoxu Azovstalın qəhrəman müdafiəçiləridir" - deyə mənbə bildirib.

Milli.Az