KİV: Britaniya Ukraynaya yeni silah verəcək

8 İyun 2022 07:55

Britaniya hökuməti Ukrayna limanlarının mühasirəsinin aradan qaldırılması üçün sınaq rejimində işləyən "Brimstone" raketlərini Kiyevə göndərəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, məlumatı "The Daily Telegraph" yayıb.

Bildirilir ki, gəmi əleyhinə raketlərin verilməsi Kiyevə öz sularını başqa gəmilərdən təmizləməkdə kömək edə bilər.

Milli.Az