Girov götürülən 8 Türkiyə vətəndaşından 3-ü azad edildi

8 İyun 2022 07:50

Haitidə girov götürülən 8 Türkiyə vətəndaşından 3-ü azad edilib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, azad edilən qadınların səhhəti pisləşdiyi üçün sərbəst buraxılıblar.

Qeyd edək ki, mayın 8-də Dominikan Respublikasından Haitiyə gələn avtobus sərhədi keçdikdən sonra silahlı şəxslər tərəfindən saxlanılıb. Avtobusdakı 8 türk, 3 haitili və 1 dominikanlı girov götürülüb.

Milli.Az