Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıtdı

8 İyun 2022 07:00

"Buta Airways" aviaşirkətinin Bakı-Tbilisi marşrutu üzrə J2-9225 saylı reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi hava limanı ərazisində hava şəraitinin kəskin pisləşməsi (tufan) səbəbindən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, təyyarə saat 23:19-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla yerə enib.

Şəhərdə hava şəraiti yaxşılaşdıqdan sonra bu reysin sərnişinləri Tbilisiyə yola düşəcəklər.

Milli.Az