Keçmiş məhkum 500 manatanın güdazına getdi
8 May 2010 15:52
Bakı Şəhər Baş Polis İdarəsindənn Milli.Az xəbər portalına verilən məlumata görə, hadisə aprelin 17-də Atatürk prospektində baş verib. Ələddin Qəribovun cibindən 500 manat naməlum şəraitdə oğurlanıb.
Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nticəsində oğurluqda təqsirli bilinən Mayis Süleymanov mayın 7-də tutulub.
M.Süleymanov əvvəllər də cinayət törətdiyinə görə məhkum olunub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Anar Məmmədov
Milli.Az