Zelenski: “Biz Rusiyaya təslim olmadıq” - FOTO

7 İyun 2022 20:45

"Biz Rusiyaya təslim olmadıq".

Milli.Az report-a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski feysbuk səhifəsində yazıb.

"Ukrayna inanılmaz şücaət göstərdi. Biz Rusiyaya təslim olmadıq. Bu yaxınlaradək dünyanın ikinci ən qüdrətli ordusunun işğalının qarşısını aldıq. Yavaş-yavaş öz ərazimizdən çıxarırıq. Heç kim ukraynalılardan bu miqyasda cəsarəti gözləmirdi. Ancaq bu miqyas var. Bu bizim azadlıq və dəyərlərimiz uğrunda mübarizəyə hazır olmağımızın xarakterinin özəlliyidir", - Prezident vurğulayıb.

Milli.Az