Mərhum müğənninin sevgilisini o canlandıracaq - FOTO

8 İyun 2022 04:22

Aktrisa Aslı Bekiroğlu "Barış Akarsu" filminə çəkilməkdən imtina edəndən sonra bu rolu canlandıracaq aktrisanın kimliyi məlum olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, onun yerinə layihəyə aktrisa Almila Ada dəvət olunub.

Tanınmış aktrisa Almila hazırda "Üç kız kardeş" serialında rol alır.

Qeyd edək ki, filmdə Akarsunu aktyor İsmayıl Ege Şaşmaz canlandıracaq.

Milli.Az