Zakir Həsənov Türkiyəyə səfər edib

7 İyun 2022 10:15

Azərbaycanın müdafiə naziri "Efes-2022" təlimini izləyəcək.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə "Efes-2022" beynəlxalq təlimini izləmək üçün qardaş ölkəyə işgüzar səfər edib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgini də ziyarət edəcək.

Milli.Az