Reper Madonnanı yadplanetlilərə bənzətdi - FOTO

7 İyun 2022 16:22

Reper 50 Cent müğənni Madonnanın açıq-saçıq şəklini yadplanetlilərin klassik obrazına bənzədib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "ümid edirəm ki, bu şəkli onun uşaqları çəkməyib. Kimsə ona 63 yaşında dincəlməsini söyləsin", - 50 Cent zarafat edib.

Qeyd edək ki, reper Madonnanın çarpayıda gün eynəyilə çəkdirdiyi şəklini nəzərdə tutub. Pərəstişkarları isə bu sözlərə görə reperi yaşa görə ayrı-seçkilikdə və qadınlara nifrətdə ittiham ediblər.

Milli.Az