Rusiyalılar ukraynalı oliqarxların əmlakını mənimsəmək istəyirlər

7 İyun 2022 15:45

Rusiya "millətçiləri maliyyələşdirdikləri üçün" Ukrayna oliqarxlarının Zaporojye vilayətindəki mülklərini mənimsəmək istəyir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, rusiyalılar belə bir fikir irəli sürüblər ki, Ukrayna oliqarxlarının, o cümlədən İqor Kolomoyski, Rinat Axmetov və Viktor Pinçukun Zaporojye vilayətindəki mülkləri "milliləşdirilməlidir".

Onlar bunu müəssisə sahiblərinin "Ukrayna millətçilərini maliyyələşdirmələri" ilə izah ediblər.

Milli.Az