Evlər və əkin sahələri su altında qaldı - VİDEO

7 İyun 2022 14:15

Türkiyənin Dənizli bölgəsində dolu və leysan çayın daşmasına səbəb olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Qaraçayın öz mənsəbindən çıxması nəticəsində evlər və əkin sahələri suyun altında qalıb.

Sel həmçinin heyvan təsərrüfatlarına da ziyan vurub, mal-qaranı tələf edib.

Meteoroloqların proqnozlarına görə, bölgədəki əlverişsiz hava şəraiti hələ beş gün davam edəcək.

Milli.Az