Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO

7 İyun 2022 07:05

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb.

Bu barədə Hikmət Hacıyev tviter hesabında yazıb.

"Bu gün Ağ Evdə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla Azərbaycan-ABŞ tərəfdaşlığı və regional məsələlərlə bağlı səmərəli və mehriban söhbətim oldu", - Hikmət Hacıyev sosial şəbəkə hesabında yazıb.

Milli.Az