Ordubadda qasırğa, xətlər sıradan çıxdı, evlərin damı uçdu

6 İyun 2022 23:41

Bu gün Ordubadda qum fırtınasına bənzər qasırğa olub.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, təbiət hadisəsi günorta saatlarında qeydə alınıb.

Bildirilib ki, hərəsində 5 dəqiqə olmaqla iki dəfə əsən güclü külək elektrik və rabitə xətlərini sıradan çıxarıb, evlərin damlarını uçurub, bir neçə ağacı aşırıb.

Yerli sakinlər bildiriblər ki, Ordubadda belə bir təbii hadisənin ilk dəfə şahidi olublar.

Milli.Az