Vasili Nebenzya BMT-də Şarl Mişelin çıxışı zamanı zalı tərk edib

6 İyun 2022 22:29

Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasının keçirldiyi iclası tərk edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Avropa Şurasının rəhbəri Şarl Mişelin çıxışı zamanı zalı tərk edib.

Rusiya Federasiyasının BMT-dəki Daimi Nümayəndəliyi detalları dəqiqləşdirmədən bu faktı təsdiqləyib.

İclasda şəxsən iştirak edən Mişel Rusiya hərbçilərinin Ukraynadakı hərəkətlərinə qarşı ittihamlar səsləndirib.

Daha əvvəl çıxışında Nebenzya özü belə ittihamları rədd etmişdi.

Milli.Az