Din xadimi ilə mübahisə edən kişini yandırdılar

6 İyun 2022 21:05

Nigeriya polisi bildirib ki, müsəlman din xadimi ilə mübahisə edən şəxs ölkənin paytaxtı Abucada din xadimini dəstəkləyən kütlə tərəfindən yandırıldıqdan sonra ölüb.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, 30 yaşlı Əhməd Usman yerli könüllülər qrupunun üzvü idi və polis deyir ki, ona qarşı 200-ə yaxın adam səfərbər edilib.

Polis onu hadisə yerində ağır yanıq xəsarətləri ilə aşkar edərək xəstəxanaya çatdırsa da, o, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Milli.Az