Bakıda 15 yaşlı qız yoxa çıxdı: anası axtarır...

6 İyun 2022 16:37

Bakıda yeniyetmə qız itkin düşüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan Kərimova Fatimə Dəyanət qızı iyunun 3-də evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Bu barədə onun anası Z. Kərimova 15-ci Polis Bölməsinə müraciətində bildirib.

Yeniyetmə qızın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az