İsti yay günlərində spirtli içki qəbul edənlər diqqətli olmalı, hər içkini içməməlidirlər.
Milli.Az bakupost-a istinadən xəbər verir ki, narkoloq Yevgeniy Bryun isti havaya uyğun alkoqollu içkini açıqlayıb.
Həkimin sözlərinə görə, istidə ağ quru şərabı limonla içmək daha uyğundur.
O qeyd edib ki, istənilən etinol tərkibli içki ürək-damar sistemi, qaraciyəri yükləyir. İsti havada bu risk artır.
Quru çaxırda isə bu təsir azdır.
Pivə, qırmızı şərab, tünd içkilərin arasında yaya uyğunu ağ quru şərabdır".
Milli.Az