İsmayıllıda traktor aşıb, ölən var - FOTO

6 İyun 2022 11:00

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Hacıhətəmli kəndindı qeydə alınıb. Dağlıq ərazidə hərəkət edən otbiçən traktorun idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində Hacıhətəmli kənd sakini Əliyev Ata Şahin oğlu ölüb. 1972-ci il təvəllüdlü Əhmədov Əfqan Əlixan oğlu ağır xəsarətlər alaraq İsmayıllı Mərkəzi rayon xəstəxanasına aparılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az