Həftəsonu yol qəzalarında 7 nəfər ölüb

6 İyun 2022 10:22

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, iyunun 4-5-də respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib.

Nnəticədə 7 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Milli.Az