Rusiya nazirliyinin saytı dağıdıldı: hakerlər pul istəyir

6 İyun 2022 15:37

Rusiyanın Tikinti Nazirliyinin saytına haker hücumu olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, saytın bazasını ələ keçirən "Dumpforums.com" haker komandası 0,5 BTS kriptoödəniş tələb ediblər, əks halda istifadəçi məlumatlarını yayacaqları ilə hədələyiblər.

Tikinti Nazirliyi isə istifadəçilərin şəxsi məlumatlarının təhlükəsizlikdə olduğunu və qorunduğunu bildirib.

Hazırda sayta giriş bloklanıb.

Milli.Az