Ukrayna taxılı bu limandan ixrac ediləcək

7 İyun 2022 20:59

Ukrayna taxılı Rumıniyanın Konstansa limanı vasitəsilə ixrac ediləcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rumıniya Prezidenti Klaus Yohannis deyib.

"Taxıl Konstansa limanına, oradan isə su yolu ilə göndərilir. Qara dənizin bağlandığını demək hələlik mənə mübaliğə kimi görünür. Konstansa bağlanmayıb və biz onun bloklanmamasına çalışacağıq", - deyə prezident bildirib.

Milli.Az