Zelenski yenə Kiyevi tərk etdi

5 İyun 2022 22:09

Ukrayna Prezidenti Vladimir Zelenski Zaporojyeyə səfər edib.

Milli.Az modern.az-a istinadən bildirir ki, bu barədə Ukraynanın "Naşe Vremya" nəşri prezident aparatının rəhbərinin müavini Kirilo Timoşenkoya istinadən məlumat yayıb.

Səfərin dəqiq nə vaxt baş verdiyi açıqlanmır. Nəşr qeyd edir ki, Zelenski xüsusilə Mariupoldan təxliyə edilmiş sakinlərlə görüşüb.

Qeyd edək ki, mayın 29-da Zelenski Xarkov vilayətinə və Xarkov şəhərinə səfər edib.

Milli.Az