Dərəyə aşan avtobusun içində şagirdlərlə müəllimlər olub - FOTO

5 İyun 2022 20:52

Xəbər verdiyimiz kimi, Şəkidə Eyyar Əhmədovun idarə etdiyi "İsuzu" markalı 20 AY 305 dövlət nömrə nişanlı avtobus idarəetmədən çıxaraq dərəyə aşıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, qəza zamanı avtobusda sürücü ilə birlikdə 23 nəfərin olduğu bildirilir.

İlkin məlumata görə avtobusdakılar Samux rayon sakinləridir. Onlardan 16 nəfəri şagird, 6 nəfəri isə müəllim və yaxud valideyn olduğu bildirilir.

Yarılıların hamısı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Milli.Az