Bakıda mənzildə qadın meyiti tapıldı

5 İyun 2022 20:46

Bakıda mənzildə qadın meyiti tapılıb.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1943-cü il təvəllüdlü Abdullayeva Tamara Hüseynağa qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az