İspaniyalı hücumçu İtaliya nəhənginə keçir

5 İyun 2022 17:07

"Udineze"nin futbolçusu Cerard Deulofeu karyerasını "Napoli"də davam etdirə bilər.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Nikolo Şkira məlumat yayıb. Mənbəyə görə, Neapol təmsilçisi 28 yaşlı hücumçuya 2026-cı ilədək sözləşmə təklif edib. Tərəflər arasında danışıqlar davam edir.

İspaniyalı oyunçunun Udine klubuyla müqaviləsi 2024-də başa çatır

Qeyd edək ki,Deulofeu bu sezon A Seriyasında 34 matçda 13 qol və 5 məhsuldar ötürmə edib.

Milli.Az