Toyu üçün Amerikadan 18 milyonluq maşınını gətirtdi - FOTO

6 İyun 2022 05:02

Türkiyəli aktrisa Ebru Şahinlə nikah masasına oturmağa hazırlaşan basketbolçu nişanlısı Cedi Osman toy hazırlıqları üçün Amerikadan Türkiyəyə qayıdıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, Osman toyu üçün 18 milyon lirəlik (təxminən 1 milyon 855 min manat) avtomobilini də karqoyla gətirdib. Yayılan məlumatlara görə, o, İtaliya brendindən olan nəqliyyat vasitəsini gəlin maşını edəcək. 

Qeyd edək ki, cütlük iyulun 7-də Çesmədə ailə həyatı quracaq.

Milli.Az