Rusların əməliyyat sürəti heçə endirilib - Kəşfiyyat

5 İyun 2022 13:16

Ötən gün Ukraynanın müdafiəçiləri Luqansk vilayətinin Severodonetsk şəhərində əks-hücumlara keçiblər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

"Son 24 saat ərzində Ukrayna ordusu Severodonetsk şəhərində əks-hücumlara başlayıb və bu, çox güman ki, Rusiya qüvvələrinin əməliyyat sürətini heçə endirib", - məlumatda qeyd olunub.

Milli.Az