Ukraynada Beynəlxalq Legionun 4 əsgəri HƏLAK OLDU - FOTO

4 İyun 2022 22:36

Ukraynada Beynəlxalq Ərazi Müdafiə Legionunun 4 könüllüsü öldürülüb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə legionun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, ölən könüllülər Hollandiya, Almaniya, Fransa və Avstraliya vətəndaşlarıdır.

"Biz Ronald Vogelar, Mixael O Neill, Bjorn Benjamin Clavis və Vilfried Blerio qardaşlarımızın xatirəsini ehtiramla yad etmək istəyirik. Onların xidmətlərinə, böyük fədakarlıqlarına görə minnətdarlığımızı ifadə etməyə söz yoxdur... Onların cəsarəti və onların xatirəsi bizi həmişə ruhlandıracaq", - deyə məlumatda deyilir.

Milli.Az