Ukrayna ordusu da Rusiyaya raket atdı

4 İyun 2022 21:36

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Bryansk vilayətində Sluçevsk məntəqəsini atəşə tutub.

Bu barədə vilayət qubernatoru Aleksandr Boqomaz məlumat verib.

Hücum nəticəsində bir nəfərin yaralandığı bildirilib. Zərbələr nəticəsində bir evdə yanğın baş verib.

Milli.Az