Kolumbiyada mədəndə partlayış nəticəsində 7 nəfər ölüb

4 İyun 2022 21:23

Kolumbiyada mədəndə partlayış olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 7 şaxtaçı ölüb.

Daha 8 şaxtaçının axtarışları aparılır.

Mədəndə qazın konsentrasiyasının yüksək olması səbəbindən xilasetmə işlərində çətinlik yaranıb. Buna baxmayaraq, hakimiyyət əməliyyatları günün sonuna kimi başa çatdırmağı planlaşdırır.

Qeyd edək ki, hadisə mayın 30-da baş verib.

Hadisə baş verən gün 14 nəfərin mədəndə qaldığı bildirilib. Həmin vaxt yalnız bir nəfər xilas olunsa da xəstəxanada həkimlər onun həyatını xilas edə bilməyib.

Milli.Az