Bu təyyarələrin istehsalı müvəqqəti dayandırılıb

4 İyun 2022 16:15

ABŞ-ın "Boeing" korporasiyası işçi qüvvəsi və material çatışmazlığı ilə əlaqədar "737 MAX" təyyarələrinin istehsalını 10 gün müddətinə dayandırıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu şirkətə 3,6 milyard ABŞ dolları itirmək hesabına başa gələ bilər.

Hazırda dünyada 320 ədəd "737 MAX" təyyarəsi var. Onların sifarişçisi olan İrlandiyanın aşağı büdcəli "Ryanair" şirkəti "Boeing"də yaranmış vəziyyətə görə yay ayları üçün uçuşların sayını azaltmalı olub.

Milli.Az