Futbolçu üçün 50 milyonluq təklif

4 İyun 2022 15:45

"Torino"nun futbolçusu Qleyson Bremer karyerasını İngiltərədə davam etdirə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, müdafiəçi "Tottenhem"in hədəfindədir.

London klubu onun üçün 50 milyon avro ödəməyə hazırdır. Premyer Liqa təmsilçisi keçidlə bağlı təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, Bremer A seriyasının nəhənglərinin də maraq dairəsindədir.

Milli.Az