ABŞ-da qırıcı qəzaya uğrayıb

4 İyun 2022 12:30

ABŞ-ın Kaliforniya ştatında Hərbi Dəniz Qüvvələrinə məxsus "F/A-18E/F Super Hornet" qırıcısı qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində təyyarənin pilotu həlak olub.

Hadisə Kaliforniyanın Mohave səhrasında baş verib. Qəza yerinə hərbçilər və yanğınsöndürənlər cəlb olunub.

Qəzanın səbəbləri ilə bağlı araşdırma başlayıb. Digər təfərrüatlar barədə məlumat verilməyib.

Milli.Az