Ukrayna Rusiyanın 7 milyon dollarlıq daha bir PUA-sını məhv edib

4 İyun 2022 19:09

Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna məxsus daha bir "Forspost" pilotsuz uçuş aparatını məhv edib.

Milli.Az "Report"a istinadən bildirir ki, PUA Ukraynanın cənubunda mülki və hərbi infrastrukturun yerləşdiyi yerlərin kəşfiyyatını apararkən vurulub.

Bildirilib ki, bu texnikanın qiyməti 7 milyon dollardan çoxdur.

Bundan başqa, Ukrayna ordusu "Bayraktar TB2" PUA-sı vasitəsilə Rusiya ordusunun daha bir tankını sıradan çıxarıb.

Milli.Az