Neftçalada iki motosiklet toqquşdu, xəsarət alanlar var

4 İyun 2022 09:07

Neftçalada iki motosiklet toqquşub, xəsarət alanlar var.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Həsənabad qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində rayon sakini, 1995-ci il təvəllüdlü Nəzərov Elməddin Nəsimi oğlu və şəxsiyyəti məlum olmayan daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

E.Nəzərov Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Digər yaralıya isə ilk tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az