Bakıda 61 yaşlı qadını avtomobil vurub

4 İyun 2022 08:10

Bakıda 61 yaşlı qadını avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

1961-ci il təvəllüdlü Şipulina Lyubov Anatoliyevna yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır .

Milli.Az