"Marriott International" Rusiyadakı fəaliyyətini dayandırıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə şirkətin açıqlamasında bildirilib.
"İndi biz hesab edirik ki, ABŞ, Böyük Britaniya və AB tərəfindən tətbiq edilən yeni məhdudiyyətlər "Marriott" və ya otel biznesinin Rusiya bazarında fəaliyyətini davam etdirməsini qeyri-mümkün edəcək. Buna görə də biz Rusiyadakı bütün "Marriott İnternational" əməliyyatlarını dayandırmaq qərarına gəldik", - məlumatda qeyd olunub.
Milli.Az