Kanada Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır

4 İyun 2022 08:12

Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Melani Coli tviter hesabında yazıb.

Dövlət rəsmisi sanksiyanın konkret nədən ibarət olacağını açıqlamayıb.

"Çox qısa müddətdə mən yeni sanksiyaların tətbiqini elan edəcəyəm", - o deyib.

Milli.Az