"Türk Hava Yolları" qadağanın müddətini uzatdı

4 İyun 2022 07:45

"Türk Hava Yolları" (THY) aviaşirkəti Ukraynaya, Belarusa və Rusiyanın Yekaterinburq, Roston-na-Donu və Soçi şəhərlərinə uçuşlara qadağanın müddətini uzadıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə aviaşirkətin açıqlamasında deyilir.

Məlumata əsasən, uçuşlar iyulun 31-dək dayandırılıb.

Bildirilir ki, bununla bağlı qərar Ukraynanın hava məkanın bağlı olması ilə əlaqədar verilib.

Milli.Az