Hadise 3 gün toy edəcək

4 İyun 2022 04:22

Aprel ayında iş adamı Mehmet Dinçerlerlə nikah bağlayan Türkiyənin pop ulduzu Hadise toy edəcək.

Milli.Az olay-a istinadən xəbər verir ki, məşhur sənətçi dostları, ailə üzvləri ilə İtaliyada bir araya gələcək.

Məclisin sentyabr ayında keçirilməsi planlaşdırılır.

Cütlük bununla bağlı hazırlıqlara başlayıb. KİV iddia edir ki, toy 3 gün olacaq. 

Milli.Az