"Qaydaları dəyişənlərə baş əymə”

3 İyun 2022 18:00

Bir günə daha başlaya bilmək çox mühümdür. Çünki həyat inadla sənə yeni bir şans verir ki, nəyisə dəyişə və ya düzəldə biləsən. Bunun üçün cəsur olmağı öyrənmək lazımdır".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva sosial media hesabında yazıb.

Sənətçi paylaşımına bu sözləri də əlavə edib:

"Həyata güvənmək lazımdır ki, o da sənə kömək olsun. Əks halda içində qaldığın şey hər nədirsə, hansı ki, səni incidir, heç vaxt o şeydən xilas ola bilməyəcəksən. Yaxşıdan zövq almaq, pisdən isə uzaq durmaq lazımdır. Həyat onu yaşamaq üçün bizə verilib. Qaydaları dəyişənlərə baş əymə".

Milli.Az