Burcu Esmersoy üçüncü dəfə ərə gedir

3 İyun 2022 20:15

Türkiyəli aparıcı Burcu Esmersoy üçüncü dəfə nikah masasına oturmağa hazırlaşır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı uzun müddətdir eşq yaşadığı Nazım Akmandildən evlilik təklifi alıb. Bu barədə özü danışan Burcu təklifi İtaliyada aldığını bildirib:

"Toyun yayın sonunda olması barədə danışırıq. Tarixdən əvvəl yerini müəyyən etməyə çalışırıq. Görək. Evlilik təklifini İtaliyada aldım, eyni yerdə də ola bilər".

Qeyd edək ki, Burcu 2019-cu ildə iş adamı Berk Suyabatmazdan boşanıb.

Milli.Az