Nazpəri Dostəliyeva: Oğlum son nəfəsini verəndə 2 söz dedi... - VİDEO

3 İyun 2022 19:30

ARB TV-nin "Həmin Zaur" verilişinin növbəti  qonağı Xalq artist Nazpəri Dostəliyeva olub.

Milli.Az xəbər verir ki, Xalq artisti oğlunun son istəyindən danışıb kövrəldi  

"Məni darıxmağa qoymayan insanların təkidi ilə yenidən səhnəyə qayıtdım. İnanıram ki, güclü olacam.Bir müddət məni bağışlayın, günahımdan keçin. Nə qədər şən olmaq istəsəm də, içimdəki yara mənə yol vermir. Yəqin ki, məni başa düşərsiniz. Əlinin özünə də dedim ki, qayıdacam səhnəyə. Əli də son nəfəsində mənə 2 söz dedi  Dedi ki, ana, haqqını halal et və səni sevənlərinin gözünü yolda qoyma. Əyilmə, sınma".

Milli.Az